“Badamlı” mineral sularının istehsalçısı olan zavodun keçmiş sahibi Elşad Məmmədov “Azadlıq” radiosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasının keçmiş rəhbəri Vasif Talıbovun ailə üzlərinin qanunsuz əməlləri ilə bağlı sensasiyalı faktlar açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, E.Məmmədov Vasif Talıbovun oğlunun və yaxınlarının zavodu ondan hədə-qorxu yolu ilə zorla aldıqlayıb: “Talıbovlar zavodu əlimdən aldı, etiraz etsəm də nəticəsi olmadış. Dedilər, başına oyun açarıq, məcbur olub razılaşdım”.
E.Məmmədov iddia edib ki, Talıbovlar əvvəlcə zavodun 85 faizinin, daha sonra isə 15 faizinin onlara verilməsini tələb edib və sahibkar həyatını riskə atmayaraq onlarla razılaşmaq məcburiyyətində qalıb.
Bunun qarşılığında heç bir kompensasiya verilmədiyini deyən iş adamı, ölkə rəhbərliyindən əmlakının özünə qaytarılmasına kömək etməyi xahiş edib.
Naxçıvandan hazırlanan həmin reportajı təqdim edirik:
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Başına göyərçin qonub, yoxsa Allahın yazığı gəlib, bəlkə də rəhbərin qərarı belə olub ki, taxt-tac sahibi olmusan. Buna gərək şükrlər edəsən, qudurmayasan, sənə etibar edilən sahəni xalqın rifahı naminə istifadə etməlisən. Burada nə baş verir, bilmirsən bu dövlət adamıdır, yoxsa vor zakondur, reketdir? Nə qədər ki, Azərbaycanda qohumluq, dostluq, qudalıq məsələləri, əlaqələri dövlət siyasətinin tərkib hissəsi olacaq, bundan da pis günlər bizi qapı arxasında gözləyir. Bu aksiomadır. Əgər səni kral (Ali Məclisin sədri) təyin etmişlərsə və başına qoyulan tac başından böyükdürsə, o, əvvəlcə gözünün üstünə düşəcək və sən heç nəyi görməyəcəksən. Tac orada dayanmayacaq, istər-istəməz qulağının üstünə düşəcək və sən heç nə eşitməyəcəksən, daha sonra ağız nahiyyənə düşəcək və sən heç nə deyə bilməyəcəksən. Nəhayət o oradan sürüşüb sənin boğazına keçəcək və sənin üçün boyunduruğa çevriləcək, rəiyyət (xalq) həmin boyunduruqdan tutub eşafota (edama) aparacaqlar, onda sən hər şeyi görəcəksən, eşidəcəksən, hər şey də deyə biləcəksən, lakin sənə nə baxacaqlar, nə də heç kim qulaq asmayacaq. Bu ibrətamiz misalı Vasif Talıbov, Ramiz Mehdiyev, Eldar Mahmudov, Ziya Məmmədov və başqa məmurlar qulaqlarında sırğa etməlidirlər. “Tikinti maqnatı” İsfəndiyar da istisna deyil. Bir narahatedici məsələ də düzgün kadr siyasətinin aparılmasına mane olur və olacaq, gələcəkdə Vasif Talıbov kimi kadrlar özlərini xan kimi deyil, artıq özlərini prezident kürsüsündə hiss edəcəklər, bu da dövlətin əsaslarını sarsıdır. Hərdən bir elə təəssürat yaranır ki, elə bil Azərbaycan tək Naxçıvan Muxtar Respublikasından ibarətdir. Qarpızı yarırsan içindən Naxçıvanlı çıxır, kələmi yarırsan yenə içindən Naxçıvanlı çıxır, sağa dönürsən –Naxçıvanlı, sola dönürsən –Naxçıvanlı, bu da əhalidə narahatlıq doğurur, buna dövlətçilik demirlər. Bu iyrənc layihənin memarı isə birmənalı boz kardinaldır. Azərbaycanda ermənilərin azərbaycanlılaşdırılmasının (OVİR-in fəaliyyəti yoxlanılası olsa bütün bu faktlar nəinki üzə çıxacaq, bundan da biyabırçı vəziyyətin şahidi olacaqsınız. Öz dilıini əməlli-başlı bilməyən boz kardinalın qaynı Qurskaya Levan Yuryeviçin OVİR-də nə ölümü vardı) da memarı boz kardinaldır, başımıza gələn bəlaların əsasını da qoyan, səhv kadr siyasətinin aparılmasının ilhamvericisi də boz kardinaldır. Bu gün də onun barmağı dövlətin bir yerindədir. Anlamıram, bu vəziyyəti mənim kimi ağılsız, savadsız biri görürsə, dövlət rəhbərliyində oturan başbilənlər məgər bunu görmürlərmi? Bir daha xatırladıram, ölkə başçısı bu alaqlardan ətrafını təmizləməsə .......