ABŞ İqlim Fonduna bu qədər vəsait keçirəcək
ABŞ prezidenti Barak Obama BMT-nin Yaşıl İqlim Fonduna 3 milyard dollar ödəyəcəyini açıqlayıb.
ANS PRESS RİA "Novosti"yə istinadla xəbər verir ki, o, Avstraliyanın Kvinslend Universitetində deyib: "Mən bu gün elan edirəm ki, ABŞ növbəti əhəmiyyətli addım atır. Biz inkişaf edən ölkələrə iqlim dəyişikliyinin öhdəsindən gəlməyə kömək etmək üçün Yaşıl İqlim Fonduna 3 milyard dollar ödəyəcəyik."
B.Obama ABŞ-ın töhfəsi başqa ölkələrin Fonda əvvəl verdiyi vəsaitdən ikiqat çox olacaq.


Şərhlər