“İranın müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbərinin edam edilməsi İran rejiminin növbəti qeyri-insani hərəkətidir”.
“Report” xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Beerbok tviterdə yazıb.
O bildirib ki, Almaniya bu məsələdə Böyük Britaniya ilə koordinasiyalı davranacaq: “Biz britaniyalı dostlarımızın yanındayıq. Rejimə qarşı hərəkətlərimizi və İran xalqına dəstəyimizi əlaqələndirməyə davam edəcəyik”.
Qeyd edək ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.
İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.


Şərhlər
Bu fars ermeni molla rejiminin bğtün rehberlerini o iyrenc çalmaları ile dar ağacından asmaq lazımdır.Bu farslarsa ruslar alkaş olduğu kimi bunlar da hem alkaş hem de tiryekidirler ve gerizekalı olduqları da qurduqları dövlet quruluş sisteminden belli olur,yenş bütün dünya ireli gedirken bunlar geri gedir.