Menu

“Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq” - Ərdoğanın sözçüsü

14.01.2023, 21:22
“Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq” - Ərdoğanın sözçüsü

Rəsmi Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.

“Report”un Ankara bürosunun xəbərinə görə, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.

İbrahim Kalın deyib ki, sanksiyalar Türkiyə iqtisadiyyatına Rusiya Federasiyasından daha çox ziyan vuracaq.

Onun sözlərinə görə, Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı addımları müsbət nəticə verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol