Menu

Britaniya paytaxtında silahlı insident baş verib, yaralananlar var

14.01.2023, 22:25
Britaniya paytaxtında silahlı insident baş verib, yaralananlar var

Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində silahlı insident baş verib, yaralananlar var. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, avtomobildə olan naməlum şəxslər kilsənin yerləşdiyi küçədə insanlara atəş açıblar. Nəticədə üç qadın və bir uşaq güllə yaraları ilə xəstəxanaya aparılıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir, hadisənin başvermə şəraiti dəqiqləşdirilir.

Atışma ilə bağlı hələlik saxlanılan yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol