Menu

Rusiyanın Ukraynada irimiqyaslı raket hücumu zamanı 9 nəfər ölüb - Onlarla yaralı var

15.01.2023, 00:37
Rusiyanın Ukraynada irimiqyaslı raket hücumu zamanı 9 nəfər ölüb - Onlarla yaralı var

Yanvarın 14-də Ukraynanın Dnepropetrovsk vilayətinin Dnepr şəhərinin rayonlarından birinin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində azı 9 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.

"Artıq 9 ölü, onların arasında 15 yaşlı qız da var. 64 yaralı - 59-u xəstəxanaya yerləşdirilib, qalanları evlərində müalicə olunur. Rusiya raketi onlarla dneprli ailəni kədərləndirdi. Haqq-hesab vaxtı gələcək”, - Valentin Rezniçenko sosial şəbəkə hesabında yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol