Menu

Konqoda kilsədə partlayış törədilib, - 5 nəfər ölüb, daha 15-i yaralanıb

15.01.2023, 16:42
Konqoda kilsədə partlayış törədilib, - 5 nəfər ölüb, daha 15-i yaralanıb

Konqo Demokratik Respublikasının (DRC) şərqində kilsədə törədilən partlayış nəticəsində azı 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə “Reuters” ordunun Şimali Kivu əyalətindəki rəsmi nümayəndəsi Entoni Mauluşaya istinadən məlumat yayıb.

Hadisə Uqanda ilə sərhəd yaxınlığındakı Kasindi şəhərindəki protestant kilsəsində baş verib.

Hakimiyyət partlayışda yerli qruplaşmanın silahlılarını şübhəli bilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol