Menu

“Münaqişənin həllindən sonra da Qərblə Rusiya arasında normallaşma gözlənilmir” - NATO

15.01.2023, 22:53
“Münaqişənin həllindən sonra da Qərblə Rusiya arasında normallaşma gözlənilmir” - NATO

Ukraynada münaqişənin həllindən sonra da Rusiya ilə Qərb arasında münasibətlərin normallaşması gözlənilmir.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “Handelsblatt” nəşrinə müsahibəsində mümkün perspektivi qiymətləndirərkən bildirib.

“Əvvəlki kimi olmayacaq. Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik”, - Stoltenberq qeyd edib.

Eyni zamanda, Baş katib Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə edəcəyinə inanmır və belə bir riski az hesab edir.

Əvvəla, ona görə ki, Çin və digər ölkələr Rusiyaya mesaj veriblər ki, nüvə silahından istifadə edilməməlidir.

Buna baxmayaraq, Stoltenberq hesab edir ki, Qərb ixtiyarında “böyük resurs”a malik olan Rusiyanı yanlış qiymətləndirməməlidir. Bununla bağlı o, Almaniyanı Ukraynaya tank tədarükünü başlamağa çağırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol