Menu

Gəncə Perinatal Mərkəzdə 3 günlük körpə ölüb

16.01.2023, 14:31
Gəncə Perinatal Mərkəzdə 3 günlük körpə ölüb

Gəncədə üç günlük körpə ölüb.

"Report"un xəbərinə görə, hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzində baş verib.

Belə ki, Qazax rayonu Çaylı kənd sakini, 1987-ci il təvəllüdlü X.R. yanvarın 12-də mərkəzdə qeysəriyyə yolu ilə körpə dünyaya gətirib.

Körpəyə tənəffüs pozğunluğu və beyin mədəciklərinə daxili qansızma diaqnozu qoyulub. O, yanvarın 15-də həmin mərkəzdə vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol