Menu

AK rəhbəri SEPAH-ın terror təşkilatları siyahısına salınması ideyasını dəstəkləyib

17.01.2023, 18:42
AK rəhbəri SEPAH-ın terror təşkilatları siyahısına salınması ideyasını dəstəkləyib

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib ki, o, İranda insan hüquqlarının pozulmasına görə İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsinin tərəfdarıdır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, AK rəhbəri bu barədə Davosda Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Lyayen SEPAH-ın terror təşkilatları siyahısına salınması ideyasını dəstəkləyib.

"Biz yeni sanksiyalar paketini nəzərdən keçiririk", - AK rəhbəru qeyd edib.

2019-cu ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp SEPAH-ı xarici terror təşkilatı kimi tanımaq qərarına gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol