“Ailə Məcəlləsində erkən yaşda nikah sözünün tərifinin verilməsi və nikah yaşının bir yaş aşağı salınmasının səbəblərinin göstərilməsi zərurəti yaranıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı qanunvericilik layihəsi hazırlayıb və aidiyyəti üzrə göndərib”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova yanvarın 18-də parlamentdə keçirilən komitə iclasında çıxışı zamanı deyib.
O bildirib ki, uşaqlara qarşı zorakılıq, xüsusilə də cinsi zorakılıq faktları ilə bağlı məsuliyyətin qəbul edilməsinə ciddi ehtiyac var.


Şərhlər
Müasir oğlanların yalnız ən çoxu 10%i fiziki görkəm və düşüncə tərzi ilə həddi-buluğa çatmış görünürlər. Bunu səhiyyə-tibbi müayinələr də təsdiq edə bilərlər. Belə təşəkkül-təkamül yekunlarını nəzərə alaraq Hərbi əsgərlik və evlənmə yaş həddlərini qətiyyətlə müvafiq olaraq oğlanlar üçün müvafiq olaraq 20 və 21 yaş təklif edirəm. Evlənmək üçün azı bir il əmək stajı da vacibdir!