Menu

Azərbaycan XİN Avstriyaya cavab verib

18.01.2023, 14:25
Azərbaycan XİN Avstriyaya cavab verib

“Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir”.

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur!”.

Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol