Menu

"Baxmayaraq ki, biz Ermənistanla müttəfiqik, amma Avropa İttifaqı ilə razılaşmağa üstünlük verirlər" - Lavrov

18.01.2023, 15:19
"Baxmayaraq ki, biz Ermənistanla müttəfiqik, amma Avropa İttifaqı ilə razılaşmağa üstünlük verirlər" - Lavrov

Biz İrəvanda keçirilən sammitdə KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi barədə sənədi razılaşdırmışdıq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

“Lakin buna nail olmaq mümkün olmadı. Erməni həmkarlarımız inad etdilər ki, həmin sənəddə Azərbaycan tərəfi sərt qınansın. Biz izah etdik ki, əgər söhbət qınanmaqdan, ritorikadan gedirsə, o zaman hər kəs istədiyini edə bilər. Lakin əgər biz KTMT missiyasını göndərmək istəyiriksə, o zaman bunu bəyanatlarla etməməliyik. Bizim KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərməklə bağlı hazırlığımız qalır. Baxmayaraq ki, biz Ermənistanla müttəfiqik, KTMT missiyası tam hazırdır, amma Ermənistan tərəfi sərhəddə uzun müddətə mülki müşahidəçi missiyasının yerləşdirilməsi ilə bağlı Avropa İttifaqı ilə razılaşmağa üstünlük verir. Bu əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər”, - Rusiya XİN başçısı vurğulayıb.

Şərhlər

t.ədalət 2023-01-18 16:04:52

Lavrov-Kələntəryanın ermənilərlə Rusiyanın müttəfiqliyi haqqında dediklərini,görəsən,Azərbaycan hakimiyyəti niyə demir?erməni, rus imperiyasının bizə qarşı xain təcavüzündə əlinəı geydiyi bir əlcəkdir.Biz,bu əlcəyi rusun əlindən çıxarmağa uyğun hərəkət etməliyik.İmperiya cəlladları Patruşev_Narışkinlə dostluq yetər!Zalımın əlini sıxmaq olmaz, həmişə qanlı olur!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol