Menu

Azərbaycanda bələdiyyələrdə islahatlar aparılacaq

19.01.2023, 13:15
Azərbaycanda bələdiyyələrdə islahatlar aparılacaq

“Azərbaycanda bələdiyyələrdə islahatların aparılması ilə bağlı bu il bizim qarşımızda çox ciddi məsələlər qoyulub”.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bununla bağlı yaz sessiyasında komitədə dinləmələr keçiriləcək: “Regional strukturlarda, o cümlədən bələdiyyələrdə islahatların aparılması bilavasitə bizim komitənin səlahiyyətindədir. Prezident də bu məsələ ilə bağlı qarşıya vəzifələr qoyub. Lazım olan qanunların qəbulu, regional strukturlarda islahatların aparılması üçün bu sessiya çox ciddi iş görməliyik”.

Şərhlər

Firdövsi 2023-01-19 13:57:16

Bunun başı nə bişirir ki, hələ təklif verir.Adam hələ anlaya bilməyib ki, İcra hakimiyyəti olan yerdə bələdiyyə İcra hakimiyyətinin yardımçısı edilib.Əgər notmal idarəçilik istəyiriksə İcra hakimiyyətləri ləğv edilməli,yerində mükəmməl bələdiyyə idarəçiliyi yaradılmalıdır.Yalnz o zaman (əgər yuxarıdan qeyri-qanuni əməllərə tələb olmasa )normal iş gedə bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol