FRANSADAN SONRA AVROPA PARLAMENTİ BƏDNAM ROLDA – Bakının cavabı necə olacaq?

Yanvarın 18-də axşam Avropa Parlamentinin (AP) plenar iclasında Qərbin ikili standartlara əsaslanan siyasəti bir daha ifşa olub. AP-nin ermənipərəst deputatları Azərbaycanın ərazi bütövlüynə növbəti dəfə hörmətsizlik edərək, heç bir təsiri, əhəmiyyəti olmayan qətnamə layihəsini müzakirəyə çıxarıblar.

Belə ki, Xankəndidə qalan ermənilərin “blokadasına” dair müzakirə keçirən AP-nin bir qrup ermənipərəst deputatının hazırladığı sənəddə Azərbaycan Laçın yolunu açmağa, Ermənistanın Qarabağdakı ermənilərlə  "nəqliyyat, energetika və kommunikasiya əlaqələrni pozmamağa" çağırılır. Bununla da kifayətlənməyib, BMT və ATƏT-ə faktların təsbiti, tərəflərisülh danışıqlarının bərpasına səsləmək üçün Laçın yoluna missiya göndərmək müraciəti edilir.

Müzakirələrdə çıxış edən ermənipərəst deputatlar həyasızcasına Rusiya tərəfinin Azərbaycan ərazisindəki erməni separatçıların təhlükəsizlyinə məsuliyyət daşıdığını bildirib, rus sülhməramlılarını bu istiqamətdəki “fəaliyyətsizliyinə” görə qınayıblar.

Qeyd olunan müzakirələri şərh edən politoloq Fərhad Məmmədov “AzPolitika.info”ya bildirib ki, Avropa Parlamentindən balanslı nəsə gözləməyə dəyməz. Onun sözlərinə görə, o,Avropa institutları arasında ən çox anti-Azərbaycan mövqeyi tutan qurumudur.

Politoloq vurğulayıb ki, Avropa Parlamentinin qətnamələrinin Azərbaycanın fəaliyyətinə təsiri sıfırdır.

Təhlilçi hesab edir ki,Avropa İttifaqının Azərbaycanla razılaşdırmadan Ermənistana missiya göndərdməsi Aİ-ni “vicdanlı vasitəçi” rolundan daha da uzaqlaşdırır:

“Ermənistan Aİ-nin bu missiyasından təhlükəsizlik sisteminin bir hissəsi kimi kimi istifadə edir. Doğrudur, Aİ belə zəmanətlər verdiyini açıqlamır, lakin Ermənistan hökuməti Aİ missiyasını bu cür şərh edir. Əvvəlki illərin praktikasından göründüyü kimi, bu, Ermənistanın konstruktivliyinə gətirib çıxarmır, əksinə, bu dövlətin aqressivliyini stimullaşdırır. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi missiyanın uzadılacağına dair təminat aldıqdan sonra Paşinyan və Mirzoyanın diskursunda “etnik təmizləmə” və “soyqırım” kontekstində Qarabağ mövzusu aktivləşib”.

Fərhad Məmmədovun sözlərinə görə, Aİ-nin bu mövqeyi zərərlidir və onu vasitəçilik prosesindən uzaqlaşdırır: “Brüssel öz rolunu bərpa etmək üçün yenidən səylər göstərməli olacaq. Bu səylərin əsasını yalnız ərazi bütövlüyü prinsipinə birmənalı dəstək təşkil edə bilər. Axı məhz bu prinsip Brüsselin təklif etdiyi kommunikasiyalar üzərində ölkələrin suverenliyi prinsipinin əsasını təşkil edirdi. Azərbaycanın Laçın yolundakı fəaliyyəti də bu prinsipə uyğundur. Aİ azərbaycanlı ekoloji fəallara minnətdar olmalıdır, çünki onların fəaliyyəti şərti sərhəddə nəzarət-keçid məntəqəsinin qurulmasının qaçılmaz olduğunu göstərir, nəticədə ölkələrin suverenliyinin qorunması əsasında məhdudiyyətin aradan qaldırılmasına şərait yaradır”.

F.Məmmədov xatırladır: “Azərbaycan Prezidenti açıq şəkildə bildirdi ki, əgər Bakı Ermənistandan təhlükə hiss edərsə, dayanmayacaq və onun ərazisinə mütəmadi olaraq qabaqlayıcı zərbələr endirəcək. Buna AB bayraqlı heç bir missiya maneə ola bilməz. Dövlət və vətəndaşların təhlükəsizliyinə təhlükə yaranarsa, Aİ-nin rəyi Bakı üçün ikinci planda olacaq”.

Təhlilçiyə görə, ümumiyyətlə, ABŞ və Aİ Laçın yolunda keçirilən aksiyanı dəstəkləməlidir, çünki məhz bu hərəkət Rusiyanın bölgədə rolunun azalmasına gətirib çıxarıb və “Vardanyan layihəsi”nin həyata keçirilməsini əngəlləyib. Nəticədə Qarabağ ərazisində yaşayan ermənilərinin Azərbaycana reinteqrasiyası üçün qaçılmazlıq situasiyası yaradır.

Avropa İttifaqı ilə münasibətlər necə olacağına gəlincə, Fərhad Məmmədov hesab edir ki, Aİ ilə ortamüddətli perspektivdə sazişlər imzalamaq mümkün olmayacaq: " Aİ rəhbərliyi Bakı ilə razılaşmayacaq, hətta imzalasalar belə bütün üzv ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunması illər çəkəcək. Məsələn, Lüksemburq prosesi dayandıracaq. Bununla belə, razılaşmanın olmaması Aİ ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığa maneə olmayacaq. Ona görə də biz əməkdaşlığa Azərbaycanın milli maraqlarına zidd olan təklifə “yox” demək şərti ilə davam edəcəyik”.

Ekspert ABŞ-ın hansı gündəmlə yenidən aktivləşəcəyinin maraq doğurduğunu bildirib: “Dövlət katibi Blinkenin artıq Paşinyanla müzakirələri olub, biz Azərbaycan Prezidenti ilə söhbəti gözləyirik. Azərbaycanın şərtləri qəbul olunarsa və təkliflər beynəlxalq hüquqa əsaslanarsa, proses irəli gedə bilər. Ermənistan rəhbərliyi Qarabağ məsələsində nə qədər çox danışacaq və hərəkətlər edəcəksə, Azərbaycan da o qədər çox danışacaq və ən əsası Qərbi Azərbaycan mövzusunda irəli gedəcək. Bu isə sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırmır, gecikdirir”.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Vaqif 2023-01-19 19:28:51

Qərb və Rusiya Türkün düşmənidir. Onlardan bunu gözləmək olasr ancaq.

Yamen 2023-01-19 19:27:21

Mükəmməl müsahibə və mülahizədir! Azərbaycanın bircə Hüquqi çıxış yolu qalır? Saysız lobbi və Kremlin tez dəyişən zurnasına züy tutmağa çalışan Ermənistandan fərqli və operativ kəskinliklə Laçın sərhəddindən yuxarı (separat) Qarabağ da daxil, ərazisi daxilində konstitusion hüquqlarını ciddi sərtliklə tətbiq etsin! Artıq, iki ildir ki, Ermənistanın əski deport cinayətinə adekvat yox, mülayım münasibət gözləyib? 1918ci li AXC sərhədlərini də səddlərini də müstəqil birtərəfli qaydada qurmaq gərəkdir!

Son yazılar