Menu

Tayvanda dəhşətli "Bavi" qasırğası: məktəblər bağlandı, onlarla yaralı var + VİDEO

11.07.2026, 13:23
Tayvanda dəhşətli "Bavi" qasırğası: məktəblər bağlandı, onlarla yaralı var + VİDEO

Tayvanda tüğyan edən güclü "Bavi" tayfunu ciddi fəsadlara yol açıb. 

"AzPolitika" xəbər verir ki, rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində artıq 36 nəfər xəsarət alıb. Yaralananların böyük qismini tufanlı hava şəraitində, sürüşkən yollarda idarəetməni itirən motosiklet sürücüləri təşkil edir. 

Mənbələr qasırğanın mərkəzində küləyin sürətinin saatda 144 kilometrə çatdığını bildirir.

Təbii fəlakətin miqyası nəqliyyat və təhsil sistemini də iflic edib. Çinin Milli Meteorologiya Mərkəzi mövcud dörd təhlükə dərəcəsindən ikincisi olan "narıncı" xəbərdarlıq səviyyəsi elan edib. Regionda yüzlərlə aviareys ləğv olunub, bərə keçidlərinin və yüksəksürətli qatarların hərəkəti dayandırılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bir çox təhsil müəssisələrində dərslər müvəqqəti olaraq təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol