Menu

"20 Yanvar Sovet qoşunlarının Azərbaycana xalqına qarşı amansız qırğınının xatirəsidir” - Litva Prezidenti

20.01.2023, 17:45
"20 Yanvar Sovet qoşunlarının Azərbaycana xalqına qarşı amansız qırğınının xatirəsidir” - Litva Prezidenti

“1990-cı il Qara Yanvar Sovet qoşunlarının Bakıya hücumu və Azərbaycana xalqına qarşı amansız qırğınının xatirəsidir”.

“Report” xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda tviterdə yazıb.

O bildirib ki, sovetlərin Azərbaycanın müstəqilllik hərəkatını darmadağın etmək cəhdləri baş tutmadı:

“33 ildən sonra təcavüzkar Ukraynada eyni vəhşiliyi törədir. Onlar o zaman uğur qazana bilmədilərsə, indi bunu heç bacarmayacaqlar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol