Tarif Şurası torpaq sahəsi ilə bağlı xidmətlərə görə xidmət haqqının məbləğini müəyyənləşdirəcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əlyevin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanununun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb
Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.


Şərhlər
Millətin zəhləsi getdiyi bu şuraya yeni səlahiyyət vermək dəvəyə qanad vermək deməkdir. Bunlardan xalqa xeyir gəlməyib və heç zaman da gəlməyəcək. Yeni səlahiyyətin heç mübarək olmasın, ey Tarif Şurası. Sən ancaq işıq gələn yerə barmax tıxamaq üçün varsan.
Tarif şurasına səlahiyyət vermək yox.bu şuranı çoxdan ləğv etmək lazımdır.Gecələr yığılıb mafiozlatın qiymət artımını təşviq edən şura komə və nəyə xidmət etdiyi hamıya bəllidir.