Amerikanı Kolumb deyil, müsəlmanlar kəşf edib.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O deyib: "Amerika qitəsinin 1492-ci ildə Kolumb tərəfindən kəşf olunduğu iddia edilir. Halbuki Kolumbdan 314 il əvvəl - 1178-ci ildə müsəlman dənizçilər bu qitəyə gedib çatıblar. Kristofer Kolumbun xatirələrində Kuba sahillərində dağın təpəsində bir məscidin varlığından bəhs edilir. İcazə versələr, o dağın təpəsinə məscid bu gün də yaraşar. Kolumb hələ Amerikanı kəşf etmədən əvvəl islam dini bu qitədə yayılmış, inkişaf etmişdi."


Şərhlər