Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat edib. "Report" xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev bildirib.
“Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində vəfat edib. Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun. Amin”, - A. Bürcəliyev qeyd edib.


Şərhlər
Allah Rəhmət Eləsin !
Tünzalə ƏIiyeva sözün əsl mənasında xalqın sevimlisi idi. Belə insanlar dünyadan köçəndə ətrafda sanki bir boşluq yaranır. Çox istedadlı aktrisa di. Milli kino üçün əvəzedilməz tapıntı idi. Təəssüf ki, ömrü kinostudiyanın tənəzzülü dövrünə düşdü və onun film potensialından istifadə olunmadı.
MƏKANI CƏNNƏT OLSUN. ALLAH-TƏALA HƏZRƏTLƏRİ ONUN O BİR ÖVLADINA TƏSKİNLİK, VƏ ANASININ TORPAĞI SANI ÖMÜR VERSİN.
Allah rəhmət eləsin!
Ulu Tanrıdan rəhmət diləyirəm...
Allah rehmet elesin,mekanı Cennet olsun.