“100 mindən çox Qərbi azərbaycanlı soydaşımızın siyahısı tərtib olunub və bu proses davam edir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfüqar deyib.
Qurum rəsmisinin sözlərinə görə, Qərbi azərbaycanlıların siyahıya alınma prosesi davam edir:
“Siyahıya alınma prosesi ilə əlaqədar həm yerli icra orqanları dəstək göstərir, həm də hər gün icmamıza 250-300 nəfər Qərbi azərbaycanlı soydaşımız yaxınlaşır və qeydiyyata alınmaq üçün özləri də təşəbbüs göstərirlər”.
Ü.Zülfüqar vurğulayıb ki, hətta, kök evləri indiki Ermənistan adlanan ərazidə olan soydaşlarımız da qeydiyyata alınır:
“1988-1991-ci illərdə də deportasiya olunan soydaşlarımızla yanaşı, daha əvvəl köçə məcbur edilənlər və onların varislərindən də qeydiyyata alınanlar var”.


Şərhlər
Ermənistan kəndlərinin demək olar ki hamısı boşdur ,Paşinyanda qərbi azərbaycanlıların həmin yerlərə qayıtmasına etiraz etməyəcək ,qalır onları Bakıdan çıxarmaq ay getdilər ha ,özünüzü rəzil duruma salmayın ,,hökumətdən pul qoparın bir -iki məqalə yazın ,yalançı siyahı tutun ,artıq məhləmizdə söz çıxarıblar ki onları köçürəcəklər ,söyüşün biri bir qəpik olub
Cox yaxşı.Eşq olsun ! Xeyirli -uğurlu olsun .
"Qərbi" azərbaycanlıların pasportları yığılıb məhv edildi.Əvəzində "kakoy-to" forma 9 verildi.Bununla da bilərəkdənmi,yoxsa naşılıqdan İrəvandan deportasiya olunanların tanınmasına şahidlik edəcək yeganə sənəd məhv edildi..