TALIBOVUN DƏHŞƏTLİ İŞGƏNCƏLƏR VERDİRDİYİ DAHA BİR İŞ ADAMI DANIŞDI - Şok iddialar + VİDEO

Vasif Talıbov vəzifəsindən çıxarıldıqdan sona hər gün onun qanunsuz əməlləri onun kamanda üzvlərinin ağılasığmaz cinayətləri açılır. Zərərçəkənlərin dəhşətli hekayələri cəmiyyətdə şok effekt verir.

Bakıdan Naxçıvan əsilli iş adamlarının oğurlanaraq MR-ə aparılıb, orada işgəncəyə məruz qalmalarına dair faktlar xusisilə diqqət çəkir. Polislərdən ibarət xüsusi dəstələr Bakıya gəlib, Naxçıvan xanının və ya onun yüksək vəzifəyə təyin etdiyi şəxslərin nişan verdiyi istənilən adamı oğurlayıb muxtar respublika ərazisinə aparırmışlar. “Flaminqo” olayı, Faiq Rzayev adlı sabiq gömrükçünün başına gətirilən hadisələrlə bağlı açılan faktlar buna misal ola bilər.

"Azinforum.az" saytı bu qəbildən olan daha bir dəhşətli cinayəti ictimailəşdirib.

Eyni ssenari üzrə təqiblərə məruz qalaraq, mülkiyyətləri əlindən alınmış İsgəndər Cabbarov dəhşətli işgəncələrə məruz qalıb. 

İsgəndər Cabbarov Şərurda hamının yaxşı tanıdığı “Qaqaş” ləqəbli idmançı Rasim Cabbarovun, kinqboks üzrə dəfələrlə dünya çempionu olmuş, məşhur idmançı, deputatlığa namizəd olmuş Güloğlan Cabbarovun böyük qardaşıdır.

İsgəndər Cabbarov bildirib ki, 2007-ci ilin fevral ayında o, Naxçıvan Daxili İşlər Nazirliyində məsul vəzifədə işləmiş (sonradan Şərur rayonunda polis rəisi olan- red) Mamed Hüseynov adlı şəxs tərəfindən guya, barəsində olan hansısa şikayətlə bağlı MR-ə dəvət edilib. 

Aeroportdan enən kimi onun qoluna qandal vuraraq, Böyükdüzdəki müvəqqəti saxlanma təcridxanasına aparıblar. Ona və şəriklərinə bir neçə gün olmazın işgəncələrini veriblər. Hətta onları 20 dərəcə şaxtada lüt şəkildə huşlarını itirənə kimi açıq havada saxlayırmışlar.

İşgəncə prosesinə adı bütün bənzər proseslərdə hallanan Qasım adlı yüksək rütbəli polis, müvəqqəti saxlanma yerinə rəhbərlik edən İlham, onun bir neçə əməkdaşı və Mamed Hüseynov iştirak ediblər. Bu cür işgəncəyə tap gətirə bilməyən İsgəndər Cabbarov və onun Hacı Qasım adlı şəriki sonda onlardan tələb olunan 700 min dollar pulu Mamed Hüseynova ödəyərək canlarını qurtarmaq qərarına gəlirlər.

Zərərçəkən deyib ki, tələb olunan puldan cəmi 5 min dollar çatmadığı səbəbindən onların azad edilməsini pul tam düzələnə kimi bir neçə saat ləngidiblər. Həmin pulun düzəldilməsi prosesində də, “Flaminqo” olayına bənzər ssenari olub. 

Sahibkarlara məcbur ediblər ki, Bakının Bakıxanov qəsəbəsində olan dəyəri 1 milyon 200 min dollarlıq mağazanı cəmi 300 minə onların öz adamlarına satsınlar. Hazırda həmin yerdə “Apelsin” adlı market fəaliyyət göstərir.

Sahibkarlara tutulan divan bununla da bitməyib. Onların mülkiyyətinə aid olan məşhur “Qaqaşxana” restoranı, onun ətrafındakı yanacaqdoldurma məntəqəsi yerlə – yeksan edilir, içindəki avadanlıqlar və onminlərlə ton yanacaq götürülür. İş adamlarına məxsus Zeyvə-Düdəngə kəndindəki böyük ferma da onları əllərindən alınaraq, Naxçıvandakı hakim ailəyə yaxın adamların nəzarətinə verilir.

Bütün bu cinayət əməllərinin araşdırılması istəyi ilə bağlı zərərçəkmiş iş adamları bütün əlaqədar qurumlara şikayət ediblər. Onlar dəymiş ziyanın ödənilməsini və bu cinayəti törədinlərin qanunamüvafiq qaydada cəzalanmasını tələb edirlər.

İsgəndər Cabbarovun səs yazısını təqdim edirik:


635x100

Şərhlər

Vahid 2023-01-24 23:02:13

Naxçıvandakı çete Mahmudov çetesini xatırladır.Vasif Talıbov başda olmaqla hamısı hebs olunmalıdır.

Adil 2023-01-24 21:52:08

Bu ikisi güləşdə və İsgəndər Vasifin üstünə yıxılmağı ilə Vasifin pıtdanağı arxasından çıxacağı aksiomdur. Amma Vasifin dalında dövlət vəzifəsi durduğundan bunun tam əksini şahidiyik. Belə məqamda əlahəzrət ədalətin içinə "üçbacı dolma"sı kimi baxmaq da insandan kənar görünür. İndi gəl gövlət vəzifəsindən ötrü "hər şeyindən" keçənləri qına də....

Elman 2023-01-24 12:16:58

İstənilən halda nə bu olayda, nə də Flaminqo olayında günahsız insanlara toxunulmadan söhbət getmir. Azərbaycanda aydındır ki, sahibkarlar "Kəndxudanı gör, kəndi çap" məntiqi ilə hərəkət edirlər. Yəni, onlara qarşı edilən onların özünün etdiyi cinayətlərə cavab sayıla bilər. Belə məqalələr o sahibkarların günahsız göstərilməsi məqsədilə deyil, Talıbovların daha sıxışdırılması məqsədi daşımalıdır, daşıyır da. O sahibkarlara haqq olub. Bir qoyub, on qazananda demirdilər ki, bu dövlətə vergi verməliyəm, işçilərə normal əmək haqqı verməliyəm. talıbovlara dahaqq bundan sonra olacaq...

Son yazılar