Menu

“AZƏRBAYCANDA QİYMƏT SİYASƏTİ BAŞLI-BAŞINA BURAXILIB" - Millət vəkilindən nazirliyə çağırış

24.01.2023, 12:13
“AZƏRBAYCANDA QİYMƏT SİYASƏTİ BAŞLI-BAŞINA BURAXILIB" - Millət vəkilindən nazirliyə çağırış

“Azərbaycanda kifayət qədər qiymət artımı var. Gürcüstanda qiymət artımı ilə bağlı tavan qiyməti qoyurlar, yəni bu qiymətdən yuxarı sata bilməzlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vahid Əhmədov bildirib.

“Qiymət siyasətində problemi həll etməsək, nə qədər pensiyanı, əməkhaqqını qaldırsaq da, xeyri olmayacaq. Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi ilə qiymət siyasəti ilə bağlı görüş keçirək. Azərbaycanda qiymət siyasəti başlı-başına buraxılıb. Yox, əgər nəzarət olunursa, niyə qiymətlər bu həddədir?!” - deyə Vahid Əhmədov bildirib.

Şərhlər

Şərhə 2023-01-28 10:15:11

SSRİni *özbaşına* satanları V.İ.Lenini dəfn edə bilməsələr də, Sosializmini yozduqları tarixdən də dərin basdırıblar ki, bir kimsə kütləvi savadı, iqtisadi sıçrayışı, avropanın azadlığını hər kəs tam olmamış unutsun!? Qiyməti İnhisarçı-Mal, Mülk Sahibi qoyur.

Vahid müəllimə 2023-01-27 14:18:47

Ay rəhmətıiyin oğlu,Azərbaycanda başlı-başına buraxılmayan nə var ki? Səhiyyə,təhsil,iqtisadiyyat,DİN və sairə v sairə.Anarxiya baş alıb gedir.MM-də bir dəfə bu hal müzakirə olunub ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol