“Günay Bank” ASC ötən ili uğurla başa vurdu!

“Günay Bank” ASC-nin açıqladığı illik hesabata nəzər salarkən məlum olur ki, Bank 2021-ci ildəki müsbət tendensiyasını 2022-ci ildə də davam etdirməyə müvəffəq olub.

Belə ki, 2021-ci ildə 409.6 min manat mənfəət əldə edən “Günay Bank” ASC, 2022-ci ili 490.4 min manat yaxud 20 faizədək artımla başa vurub.

Əvvəlki ilə nisbətən “Günay Bank” ASC-nin aktivləri 10 % artıb. Hesabat tarixinə “Günay Bank”-ın Məcmu Kapitalı isə 64634 min təşkil etmişdir.

Qeyd olunan bütün göstəricilər "Gunay Bank" ASC-nin korporativ bankçılıq istiqamətində öz mövqeyini qoruyaraq inkişaf etdiyindən xəbər verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar