Menu

Saakaşvilinin tərəfdarları Gürcüstanda mitinq keçirir

15.11.2014, 17:29
Saakaşvilinin tərəfdarları Gürcüstanda mitinq keçirir

Artıq parlamentin qarşısındakı Rustaveli prospekti iki tərəfdən bağlanıb

Gürcüstanın paytaxtı Tiflisdə mitinq keçirilir.

ANS PRESS-in Gürcüstan bürosunun verdiyi məlumata görə, paytaxt Tiflisdə mindən çox şəxs parlamentin binası qarşısına yığışıb. Artıq parlamentin qarşısındakı Rustaveli prospekti iki tərəfdən bağlanıb.

Sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin tərəfdarları hökumətə etiraz etmək məqsədi ilə bir yerə toplaşmağa başlayıblar. Etirazçılar Abxaziya və Cənubi Asetiya ərazilərinin Rusiyaya tam birləşdirilməsinə qarşı çıxırlar. Narazı kütlə Gürcüstan hakimiyyətinin bu məsələdəki susqunluğunu böyük etirazla qarşılayır.

Məlumatlara görə, mitinqə 40 minə yaxın insanın toplaşacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol