Vilyam Hacıyevin ailəsi müsadirə olunmuş əmlakları ilə bağlı Ali Məhkəməyə müracət edib

İmişlinin sabiq icra başçısı məhkum Vilyam Hacıyevin ailə üzvləri kassasiya şikayəti verib.

APA-nın əldə etdiyi xəbərə görə, şikayətçilər - Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını istəyirlər.

Məhkum icra başçısının ailə üzvləri həmin əmlakların cinayət yolu ilə əldə olunmadığını iddia edirlər.

Ali Məhkəməyə daxil olan şikayətdə Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyib.

İş hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.

Vilyam Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, sabiq icra başçısının ailə üzvlərinin adına rəsmiləşdirilmiş 5 344 000 manatlıq əmlakı da dövlət nəfinə müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

635x100

Şərhlər

Tahir 2023-01-24 21:57:17

Bu dümbələyi bu vəzifələrə təqdim edəndə heç olmasa tərcümeyi-halının ən başında bunun adına baxıb "delisinu" kənara atmaqla bu boyda korrupsiyanı " beşiyi də" boğmaq olardı. Amma yox.. Belə çıxır ki hamı ya onun başlanğıcını ya da heç onu ümumiyyətlə oxumayıb. Nəyisə "sayıb"

Taleh 2023-01-24 21:45:22

Bütün şüurlu həyatını haqqı, ədaləti tapdalamışlar, dövlət və xalq soymağa sərf etmişlər Çovdarovdan sonra dövlətdən və xalqdan ogurladırlarını "qanuni" yolla geri istəmək cəsarəti də bulunmaqdadırlar. İlahi göydən daş yağdırmadanda ona bərabəri görməkdəyik...

dadaşyev 2023-01-24 18:42:15

Çovdarova qaytarıldısa buna niyə qaytarılmasın?Çovdarov Aydan,ulduzlardan gəlib ki?O da bizim respublikanın vətəndaşı,bu da.O da əyri yollarla qazanıb milyonlarını,bu da. Ona qaytarıldısa bunun da tələb etməyə haqqı var.Niyə?Çünki qanun hamı üçün bir olmalıdır.

Son yazılar