Putin Almaniyanın hələ də ABŞ-ın işğalı altında olduğunu düşünür

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın "işğal qoşunlarının" Almaniyada hələ də qaldığını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Putin bu sözləri yanvarın 25-də Moskva Dövlət Universitetində tələbələrlə görüşdə səsləndirib.

"Avropanın ən böyük ölkəsi, iqtisadi nəhəngi Almaniya Federativ Respublikasıdır. İkinci dünya müharibəsindən sonra Almaniya bildiyiniz kimi, 4 sektora bölünmüşdü. Sovet İttifaqı bu işğal statusunun ləğvini rəsmiləşdirdi, lakin ABŞ bunu etmir.

Həm hüquqi, həm də formal olaraq ABŞ-ın işğalçı qoşunları Almaniya Federativ Respublikasının ərazisində yerləşir. Orada onların sayı çoxdur”,-deyə Rusiya lideri bildirib.

Putinin mövzu ilə bağlı son sözləri diqqət çəkib: "Bu və ya digər şəkildə suverenlik Avropaya qaytarılacaq".

Xatırladaq ki, Almaniyada Sovet qoşunları SSRİ dağılana qədər qalıb. Ağır maliyyə və borc yükü altında olan Rusiya ordusunu isə yalnız 1994-cü ildə müəyyən güzəştlərin müqabilində çıxarmağa məcbur qalmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar