GÖMRÜK KOMİTƏSİNDƏ ƏMƏLİYYAT... - Baş Prokurorluq həbs edilənlərin adlarını açıqlayıb (Yenilənib)

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət alan gömrük işçilərinin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Habelə, qeyd edilən dövlət qurumunun Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiya Federasiyasına qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb

Şahin İskəndərov və Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirdiyi əməliyyatın ilkin səbəbi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gündən başlayan əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar ölkəyə gətirilən istehsal ili yeni olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində nöqsanlara yol verməkdə ittiham edilirlər.

İlkin məlumata görə, saxlanılanlar ölkəyə gətirilən istehsal ili 2019-cu və daha təzə olan avtomobilləri əzik, zədəli nəqliyyat vasitəsi kimi qeydiyyata alaraq rəsmiləşdirmə haqqını azaltmaq və digər nöqsanlarda şübhəli bilinirlər.

Əməliyyat zamanı avtomobilin rəsmiləşdirməsi zamanı saxtalaşdırma ilə bağlı təxminən 30-a yaxın qanunsuz sənəd aşkarlanıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirilən əməliyyat zamanı saxlanılanlar var.

İlkin ehtimallara görə, əməliyyat zamanı xüsusilə maliyyə işçiləri arasında yeddi nəfər saxlanılıb, beş nəfərin isə izahatı alınıb.

***

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində anti-korrupsiya əməliyyatı keçirib.

Hazırda əməliyyat Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində davam edir.

Əməliyyatla bağlı "unikal.az"-ın məlumatına görə, artıq saxlanılanlar var. Saxlanılanlardan biri həmin idarənin inspektoru vəzifəsində çalışan Şahin İsgəndərovdur.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

"Report"un xəbərinə görə, hazırda İdarə ərazisində əməliyyat tədbirləri aparılır.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti  təsdiqləyib.

Bildirilib ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

635x100

Şərhlər

Rasim Quliyev 2023-01-27 07:28:23

Gomruk duzelmeyecek gerek fehleden tutmus inspektora kimi hami cixartsinlar.Fehle bele rusvet alir orda .

Zamiq 2023-01-26 22:23:58

Sakide komnoxozda korrupsiya bas alib gedir. Basci terefinden qorunan hem belediye sedri hem komnaxoz mudiri olan intiqam esirov illerdir bascinin qara kassasi olaraq hec bir cinayete celb edilmir. Niye? Prokurora polis reisine hediyeler pullar torpaqlar qonaqliqlar veren tutular? Elbetde xeyir! Prezident administrasiyaki bezi sexsler olke bascisinin siyasetine kolge salir!

t.ədalət 2023-01-26 20:55:14

Əsas talançı və oğru Səfər Mehdiyevdir.Yoxlamalar onun milyardlarını aşkarlasa,pis olmaz.

Veten dashi 2023-01-26 12:13:52

Ordan kecsinler 1000 manatliq nomreni 10000.0-20000.0 satan polis mayorunun yanina ..Orda neler ba. verir bu Respublikada hami bilir.Birce onlar bilmir

Son yazılar