Menu

"Sən həm yeyirsən, həm də danışırsan..." - Vitse-spikerdən Erkin Qədirliyə etiraz

26.01.2023, 13:23
"Sən həm yeyirsən, həm də danışırsan..." - Vitse-spikerdən Erkin Qədirliyə etiraz

“Erkin Qədirlinin çıxışı məni çox təəccübləndirdi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

Vitse-spikerin sözlərinə görə, deputat Erkin Qədirli Azərbaycanda parlament seçkilərinin qeyri-demokratik keçirilməsi ilə bağlı fikirlər səsləndirməklə ermənilərə dəstək olub:

“O, özünü savadlı, hüququ yaxşı bilən şəxs kimi təqdim edir. Belə fikri necə söyləyə bilər? Onun sözlərinin həm siyasi, həm də hüquqi tərəfləri var. Avropa Şurasında təmsil olunan Erkin Qədirli saxta yolla seçildiyini deyir. Absurddur. Sən orada hansı üzlə Azərbaycanın əleyhinə danışırsan? Erməniyə dəstək verdin. Sabah bir erməni deputatı sənə deyəcək ki, nə danışırsan, ay saxtakar, sən axı saxta yolla seçilmisən. Erkin Qədirli heç bir əsas olmadan parlament seçkilərinin guya saxta yolla keçirildiyini iddia edir. Düşünürəm ki, məsələnin hüquqi tərəfi işə düşməlidir”.

F.İbrahimli hesab edir ki, istintaq orqanları deputat Erkin Qədirli barəsində araşdırma aparmalıdır:

“İstintaq orqanları tərəfindən onun seçki prosesi araşdırılmalı, haqqında ciddi tədbir görülməlidir. Milli Məclis seçkilərinə və deputatların seçkilərinə yaxdığı şər-böhtana görə İntizam Kommisiyası öz sözünü deməlidir. O, guya özünün çox təbii, dürüst olduğunu göstərməyə çalışır və müxalifət obrazı yaradır.

Sən əgər saxta yolla deputat seçilmisənsə, tribunaya çıxıb deyərdin ki, “mən saxtakarlıqla verilən mandata etiraz əlaməti olaraq parlamentdə iştirak etməkdən imtina edirəm”. Bundan sonra obyektiv adam olardın. Necə deyərlər, sən həm yeyirsən, həm də danışırsan”.

Qeyd edək ki, deputat Erkin Qədirli Azərbaycanda parlament seçkilərinin qeyri-demokratik keçirilməsini iddia edib. Onun açıqlaması həmkarlarının etirazına səbəb olub. Bəzi parlamentarilər onu deputat mandatından imtina etməyə çağırıblar.

Şərhlər

dadaşyev 2023-01-27 00:51:51

Aaaa!Yalan deyib bəyəm?Uşaqların da bildiyi bir həqiqətə deputatlar qəzəb püskürürlərsə demək o deputatlar uşaqlar qədər də bilmirlər xalqın nəyi bilib bilmədiyini.Hirslənənlər elə bilirlər ki,səhərdən axşama qədər dedikləri ağızdolusu təriflərə xalq o saat inanır.A balam,müxtəlif kalibrli ağzıların köpüklənə-köpüklənə dedikləri yalanlardan,məddahlıqdan beynimiz mazol olub ee.Adə bəsdi dəə.Nə vaxt bizim kanalları açırsan,iki cümlədən biri tərifdi,yaltaqlıqdı,sabundu,şampundu,vazelindi.Elə bil zastoy vaxtıdı,dükanlarda ət-yağ tapılmırdı,JEK-dən talonla Stalinin zapas yığdığı qaralmış ətlərini verirdilər,amma millət qorxurdu “ət-yağ yoxdu” deməyə.A balam,nə varsa var,nə yoxdusa yoxdu daa.Dükanda ət-yağ yox idisə televiziyadan nə qədər desələr də bolluqdu,qırmızı bayraqlar və məhsul bayramları laybalay qatbaqat olsa da camaat gözlərinə inanmalıydımı,yoxsa məddahlara?İndi əlhəmdülillah sovet dövrü deyil,bunca yalanlar nəyə lazımdır?Hər kəs əlindəki telefonla dünyanı görür və eşitmirmi?Demokratik ölkələrin necə olmalı olduğunu anlamırmı yəni?Qəzəblənənlər xalqı qoyun hesab edirlərmi görəsən?Xalq, yəni elə hesab edirlər ki, bilmirmi ki,məsəla,az qala xalq düşməni elan ediləcək dərəcədə ittihamlarla həbs edilən Çovdarov,Talıbov,Mahmudov və sairlər Almaniyada,Yaponiyada,İngiltərədə,ABŞ-da azadlıqda gəzə bilərlərmi ya yox?Pensiya ala bilərlərmi dövlətdən belələri?Və ya yüz milyonlarla manatlıq əmlakları özlərinə geri qaytarıla bilərmi?Deputatlarımız əgər həqiqətən də demokratik yolla seçilmiş olsalardı bu kimi əcaibliklərə qəzəblənməliydilər.Halbuki ağızlarına su alıb oturublar.Ay yarımdı gənclərimiz bu qarda-şaxtada Laçın-Xankəndi yolunda dayanıblar,siz deputatlar gecə-gündüz yorulmadan bu haqda danışmalısınız ki,bu iş sərhəd və gömrük postu qoyulmadan Qiyamətəcən də uzana bilər.Ekofəallarımız Qiyamətəcənmi orada dayanacaqlar?Ermənistandan Xankəndinə və əksinə maşınlar yenə gedib gəlmirmi?Rus murdarməramlılarının hərbi maşınlarında nə aparılıb gətirildiyi barədə məlumatımız varmı?O hərbi maşınları ekofəallarmı yoxlayacaqlar?Onlara icazə verərmi ki hərbçilər yoxlasınlar?Bu,sərhəd və gömrük postunun işidir.Ölkəyə nə gətirilər,ölkədən nə çıxarılar,ona sərhədçilər və gömrükçülər baxar,orada dəstə-dəstə dayanmaqla,pafoslu sözlərlə,şüarlarla olmaz bu iş.Siz deputatlar deməlisiniz ki,əgər bizi ekoloji monitorinq üçün Xankəndinə buraxmırlarsa artıq məsələ ekoloji olmaqdan qat-qat yüksək həddə keçir;bizimdir dediyimiz yerlərə bizi buraxmırlar.Sizləri xalq seçibsə yalnız və yalnız mopedlərə nömrə nişanı vurmaq üçünmü seçib?

ƏNHU 2023-01-26 22:28:32

DEMƏLİ ERMƏNİ VAR DEYƏ MİLLƏT AĞZINI AÇMAMALIDIR? ƏCƏB BİC BİR METOD TAPIBLAR. DEYİRLƏR Kİ, BİZ İSTƏDİYİMİZİ EDƏK SİZ BİLSƏNİZ DƏ ERMƏNİLƏIR BİLMƏSİN. A KİŞİ SƏN DEYİLDİN SEÇKİ ZAMANI ÖZ DOĞMA KƏNDİNDƏN QOVULAN? HƏMİN KADRLARI HAMI ÖZ ŞƏXSİ ARXİVİNƏ KÖÇÜRÜB EEE DANA BİLMƏZSƏN. SUS VƏ OTUR YERİNDƏ.
ERKİN, QAYIT XALQIN YANINA.

İM. 2023-01-26 21:40:15

Azərbaycanımızın inkişafını və xalqımızın rifahının yaxşı olmağını istəyiriksə Parlament buraxılmalı və yenidən demokratik seçki keçirilməlidir !

Roma 2023-01-26 15:58:37

"...sən həm yeyirsən, həm də danışırsan”. Göründüyü kimi, bu sözləri cənab Fəzail İbrahimli deyibdir...Fəzail müəllimin deməyindən belə çıxır ki, ya yeyib danışmamalısan və ya da, danışırsansa yeməməlisən, yəni maddənin 3-cü halı olan amorf qəbul olunmur, ya maye, ya da kristal...

İsmayıl 2023-01-26 15:44:14

Onun saxta yolla seçilməsi,onun yox,onu ora qoyanların günahıdır. O isə hər halda millət vəkilidir və bunu özü istəyib. Demək ki,buna görə ona irad edilməsi yerində deyil

Mubariz 2023-01-26 15:40:50

Bu Fəzaillər hələ də başa düşmürlər ki hamınız saxta təyin olunmusuz , Qədirlinin deyəsən vicdanı oyandı düzünü etiraf etdi , əgər doğurdan sizi xalq seçibsə istefa verin ,çıxın xalqdan mandat alın , buna cəsarətiniz çatar ?

Millət 2023-01-26 15:32:14

Erkin düz deyir də! MM seçkilərinin şəffaf keşitilmədiyi kimə qaranlıqdır ki? Siyahi ilə Məzahirin falşivkası ilə orada oturdulmusunuz.Bunu bilməyən varmı? Bir də hansı haqla özünüzə 8-10 manat maaaş yazmısınız?Millət acından günirta durur Siz isə özünüzü düşünəərək layiq olmadığınız maaş alırsınız.

Bisavad 2023-01-26 14:32:48

Ona deyiblər belə de o da deyibdir. Dünyada gedən proseslər yəqin bunlarda nə isə təlaş yaradıb. Ölkə talan edilib 30 ildir xəbərləri olmayıb. Vasif və onun kimilər 30 ildir ölkəni talan edir xəbərləri yox. İndi də deyəcəklər ki 30 il seçilən təyin olunan deputat seçkilərindən,baza parlamentdən bizim xəbərimiz olmayıb.

Sahib 2023-01-26 13:59:42

Zor dedi. Yəqin ki məcbur edəcəklər sözünü geri götürsün,ancaq artıq bu reallığı dedi

Baba 2023-01-26 13:27:33

Onun damarlarından təmiz qan axır,düşmən qan qarışığı yoxdur. Ona görə bunu deyib

Azərbaycanlı 2023-01-26 13:25:41

O xalqın sözünü dedi.......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol