Menu

Saakaşvilinin çəkisi 120-dən 68 kiloqrama düşüb

26.01.2023, 14:56
Saakaşvilinin çəkisi 120-dən 68 kiloqrama düşüb

Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin çəkisi 120 kiloqramdan 68 kiloqrama düşüb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə onun anası Giuli Alasaniya jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə Saakaşvilinin çəkisi bu gün səhər ölçülüb.

Giuli Alasania Saakaşvilidə kaxeksiya yarandığını, bu səbəbdən onun sürətlə çəki itirməyə başladığını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Saakaşvilinin həm də koronavirusa yoluxması təsdiqlənib. Onun xəstəliyi mülayim keçirdiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol