MƏQSƏD SƏFİRİ VƏ ƏMƏKDAŞLARI ÖLDÜRMƏK İDİ! – İranın Azərbaycana qarşı terror siyasətinin pərdəarxası

Azərbaycanın Tehrandakı Səfirliyinə hücumun video görüntüləri yayıldıqca hadisənin İranın təqdim etməyə çalışdığı kimi adi cinayət olmadığı, xüsusi xidmət orqanları tərəfindən planlaşdırılaraq həyata keçirilmiş terror aksiyası olduğuna şübhə yeri qalmır. Azərbaycan Prezidenti İlham Əliyevin də cinayəti “terror” adlandırması olayın motivi haqqında onun kifayət qədər məlumatlı olmasından xəbər verir.

Videolardan görünür ki, terrorçu İran rəsmilərinin iddia etdiyi kimi səfirlyə iki uşaqla gəlməyib. Gəldiyi maşını səfirliyin avtomobilinə çırpır və avtomat silahı atəşə hazır vəziyyətə gətirərək maşından düşür və binaya soxulur. Bu zaman səfirliyin girişində mühafizəni təşkil edən İran hüquq-mühafizə orqanının əməkdaşı onu sakitcə müşahidə edir və öz görəvini yerinə yetirmir. Belə təəssürat yaranır ki, həmin polis əməkdaşı silahlı hücum haqqında əvvəldən məlumatlı olub.

Terrorçunun binaya daxil olan kimi mühafizəçiləri atəşə tutması onun qətliam törətmək niyyətindən xəbər verir. O, daha çox adamı öldürmək tapşırığı almış terrorçu kimi hərəkət edir. Əgər mühafizəçi onu dayandıra bilməsəydi, çox güman Azərbaycan səfirini, onun müavinlərini, başqa diplomatları də qətlə yetirəcəkdi.

Hadisəyə rəsmi Tehrandan verilən operativ açıqlamalarda olayın ailə-məişət səviyyəsində baş vermiş kriminal kimi təqdim edilməsi isə terror hadisəsinin miqyasının kiçildilməsinə və məqsədinin təhrif edilməsinə xidmət edir. İran rəsmiləri kifayət qədər soyuqqanlı davranır, XİN-nin hadisəni pisləməsi ilə kifayətlənmək istəyir. Normal halda dərhal rəsmi qaydada Azərbaycandan üzr istənməli, cinayətin birgə araşdırılması ilə bağlı Bakıya müraciət edilməli, eləcə də dünya ictimaiyyətinə bəyanat ünvanlanmalı idi. İran rəhbərliyi hələ ki, bu addımların heç birini atmayıb, ilkin reaksiyalar göstərir ki, atmaq niyyətində də deyil. Azərbaycan XİN-in Tehrandakı əməkdaşlarının təxliyyəsini həyata keçirməsi barədə qərar qəbul etməsi də bununla bağlıdır. Bakıda İran hakimiyyətinin səmimiyyətinə, dürüst araşdırma aparacağına heç bir ümid qalmayıb. Ona görə də diplomatik korpusun heyətinin həyatı təhlükə altına düşə bilər. İranın belə “təcrübəsini” dünya unutmayıb - 1979-cu il inqilabı zamanı ABŞ səfirliyinin bütün heyəti 440 gün Tehranda əsirlikdə saxlanılmışdı...

Azərbaycan səfirliyinin terror hücumuna məruz qalması Bakı-Tehran münasibətlərinin ən gərgin dövrünə təsadüf edir. Bir neçə aydır İran rəhbərliyi Azərbaycana qarşı müxtəlif səviyyələrdə hücumlar təşkil edir. Molla rejiminin Bakıdan reallığa uyğunlaşmayan, ölkənin suveren hüuqularına həqarət sayılacaq bir neçə tələbi var:

- Azərbyacan İsraildə səfirlik aça bilməz. Hərçənd, bu addım atıldı və Təl-Əvivdəki səfirimiz artıq təyin olunub. Müasir tarixdə bir ölkənin başqa dövlətlərlə suveren əlaqələrini özünə təhdid hesab edən iki ölkə var - biri İranın dostu Rusiyadır, hazırda Ukraynaya qarşı işğalçı müharibə aparır, ikincisi İrandır, Azərbaycana qarşı faktiki müharibə elan edib;

- Azərbaycan Naxçıvanla əlaqəni təmin edəcək Zəngəzur dəhlizini aça bilməz, Tehran bunu özünün “qırmızı xətti” elan edib. Bu dəhliz İran ərazisindən keçmir və 10 noyabr bəyanatına əsasən Ermənistan öz ərazisindən bu yolun açılmasını təmin etməlidir. İranın kürkünə niyə birə düşüb, aydın məsələdir. Çünki bu yol Türk dünyasını birləşdirən yoldur. Cənubi Azərbaycanın müstəqillik yoludur...

- İran hesab edir ki, Azərbaycanda müsəlmanların hüquqları, şəriət qaydaları pozulur(?). Bu, tamamilə absurd, heç bir əndazəyə sığmayan ittihamdır. Azərbaycan əhalisinin mütləq əksəriyyəti İslam dininə mənsubdur və ölkədə nəinki İslam dini, bütün dinlərə və onların nümayəndələrinə hörmət, ehtiram göstərilir, bütün hüquqları dövlət tərəfindən qorunur. Bəli, Azərbaycanda özünü İslam dininin müdafiəçisi adlandıran, əslində İran xüsusi xidmət orqanlarına xidmət edən şəxslər məsuliyyətə cəlb edilir və bu, dövlətin milli təhlükəsizlik məsələsidir.

- İranın dövlət siyasəti ümumiyyətlə Azərbaycan Respublikasının məhvinə istiqamətlənib. Bir tərəfdən ideoloji, dini ekspaniya həyata keçirilir, ölkəyə soxulan emissarları vasitəsi ilə gənc nəsil “zəhərlənir”, zombiləşdirlərək İranın dəstəkçi kütləsinə çevrilir, digər tərəfdən, xüsusi xidmət orqanları vasitəsi ilə Azərbaycana qarşı böyük narkotik axınları təşkil edilir. Bu da ölkənin genefondunun məhvinə istiqamətlənmiş məqsədyönlü xain siyasətin tərkib hissəsidir.

İranın başqa məkrli, anti-Azərbaycan addımlarını sadalmaqla bitməz...

44 günlük müharibədən sonra Azərbaycanın regionda güclənməsi, dünyada nüfuzunun artması, güc mərkəzləri ilə tarazlı xarici siyasət yürütməsi, habelə Türkiyənin, İsrailin bölgədə təsir imkanlarının genişlənməsi Tehranın yuxusuna haram qatıb. Onlar nəyin bahasına olursa-olsun Azərbaycanı bu yüksəliş yolundan sapdırmağa çalışırlar. Əvvəl Londonda, bu gün isə Tehrandakı səfirliyimizə edilən barbar hücumlar bu çirkin niyyətin ifadəsidir. Amma dünyada nifrət mənbəyinə çevrilmiş, sərhədlərindəki dövlətlərlə düşmənçilik siyasəti aparan molla rejiminin bu çabaları iflasa məhkumdur.

Elçin Rüstəmli

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2023-01-28 11:32:37

Terrorun müəllifi Rusiya kəşfiyyatıdır.Türkiyənin diqqətini Qarabağdakı rus işğalından yayındırmaq üçün Türkiyə-İran qarşıdurması yaratmaq istəyirlər.

B.Qarabağlı 2023-01-27 22:36:43

Terroru şərtləndirən siyasi iddialarmı, ya mətbu mülahizə? Faktiki olaraq, neft-kimya universitetindəkindən də kütləvi (orada tapanca ilə, burada avtomatla) qətliam planlaşdırılıbmış? Budkadakı gözətçi binaya girənlərin heç birinə mühafizəçinin hər hansı reaksiyası müşahidə rdilmir?

Füzuli 2023-01-27 18:52:51

Bu terror akti gabagcadan hazirlanib İranin xususi organlari terefindən və həyata kecirilib Hər an videodan gorülür!

Şahin 2023-01-27 17:26:36

Bu iran- ilan haqqında artıq danışmağın yeri yox.Ruhani idarəsi , imanlı din xadimləri birdəfəlik xalqa ( narod) izah etməlidir ki, İranın -ilanın islama , həm də şieliye aidiyyəti yoxdur.

Mubariz 2023-01-27 16:12:01

Şəhidmizə rəhmət diləyirik , terrorçular deyəndə dəqiqləşdirin :: fars-molla rejimi ,hanı şeyx ?.....səsi çıxmır ,

Cəmşid Dərələyəzli 2023-01-27 16:08:24

Bu gün dünyada və bölgəmizdə geopolitiq dəngələr o qədər surətlə dəyişir ki, dünyada baş verən hadisələrin, o cümlədən də bu gün İranda səfirliyimizə qarşı edilən terror aktının siyasi nəticələrinə varmaq tezdir. Bəli, İrandə dövlətimizə qarşı sui qəsd edilib və bir məmurmuz şəhid olub. Bunu edənləri bir mənalı olaraq ən ağır şəkildə qınayır və şəhidimizə də allahdan rəhmət diləyirik. Qaldı bu terror aktını törədənin arxasında duranlara, qeyd etdiyim kimi, indiki halda bunu söyləmək ərkəndi. Çünki, bu gün İran fars rejiminin Azərbaycanın düşmənləri ilə həmrəylik nümayiş etdirməsi və bununla paralel də Azərbaycana qarşı rəsmi səviyyələrdə təhdidlər yağdırması, təbi ki dünyada və xüsusən də qonşu olduğumuz dövlətlər də bu amildən istifadə edib, bölgədə öz çirkin oyunlarını oynayanlar da var və oynadılar da. Sanmıram indiki gərgin vəziyyətlərində İran bu qədər axmaqlıq etsin (edibsə də demək ki, mollalar başlarını itiriblər). Elə bilirəm az zaman keçməz, bunun altından yenə də erməni və yaxud onun havadarlarının barmağı çıxacaq. Amma bütün hallarda İran rejiminin dövlətimizə qarşı aparmış olduğu murdar siyasətdən dolayı, onlar bunun hansı nəticələrə yol aça biləcəyini əvvəlcədən gözə alıb, Azərbaycanın bütün alanlarda hassasiyyətlərinə diqqəti artırmalı idilər. Odur ki də, gəlin soyuqqanlığımızı qoruyaq və belə bir vəziyyətdə Dövlətin yanında olduğumuzu və bütün təxribatlara qarşı ölümümüzə qədər yanında olduğumuzu nümayiş etdirək. Təbii ki, Dövlət özü ən müxtəlif səviyyələrdə bunun hesabını soracaq.

Cəmşid Dərələyəzli 2023-01-27 16:00:47

Qaldı bu terror aktını törədənin arxasında duranlara, qeyd etdiyim kimi, indiki halda bunu söyləmək ərkəndi. Çünki, bu gün İran fars rejiminin Azərbaycanın düşmənləri ilə həmrəylik nümayiş etdirməsi və bununla paralel də Azərbaycana qarşı rəsmi səviyyələrdə təhdidlər yağdırması, təbi ki dünyada və xüsusən də qonşu olduğumuz dövlətlər də bu amildən istifadə edib, bölgədə öz çirkin oyunlarını oynayanlar da var və oynadılar da. Sanmıram indiki gərgin vəziyyətlərində İran bu qədər axmaqlıq etsin (edibsə də demək ki, mollalar başlarını itiriblər). Elə bilirəm az zaman keçməz, bunun altından yenə də erməni və yaxud onun havadarlarının barmağı çıxacaq. Amma bütün hallarda İran rejiminin dövlətimizə qarşı aparmış olduğu murdar siyasətdən dolayı, onlar bunun hansı nəticələrə yol aça biləcəyini əvvəlcədən gözə alıb, Azərbaycanın bütün alanlarda hassasiyyətlərinə diqqəti artırmalı idilər. Odur ki də, gəlin soyuqqanlığımızı qoruyaq və belə bir vəziyyətdə Dövlətin yanında olduğumuzu və bütün təxribatlara qarşı ölümümüzə qədər yanında olduğumuzu nümayiş etdirək. Təbii ki, Dövlət özü ən müxtəlif səviyyələrdə bunun hesabını soracaq.

Son yazılar