Rusiyada iki partiyalı sistem yaranıb.
Bunu Facebook səhifəsində müxalifət liderlərindən olan Boris Nemtsov yazıb. Nemtsov ölkədə Çin və Avropa seçimi partiyaların olduğunu deyir. Çinə meylli partiyaya Putin başçılıq edir. Ora Züqanov, Jirinovski, Mironov və digərləri daxildir. Bu, müharibə, beynəlxalq təcrid, repressiya, korrupisya və oğurluq partiyasıdır. Hazırda hakimiyyətdə olan bu partiya ölkəni Çinin xammal koloniyası dalanına aparır.
Digər partiya isə Rusiyanın Avropa seçimi partiyasıdır. Ora Parnas, Yabloko, İnkişaf Partiya, Həmrəylik, 5 dekabr, Açıq Rusiya, Demokratik seçki və Dövlət Dumasının deputatı Dmitri Qudkov daxildir. Bu, demokratik müxalifətdir.
Nemtsov bu partiyanın bu gün konfrans keçirdiyini yazır. İlk qərar Exo və Venediktovun müdafiəsi ilə bağlı olub. Həmçinin Avropa koalisiyası proqramı müzakirə olunur. «Avropa koalisiyasının yaradılması Rusiyayv uğur və inkişaf şansı verir. Bu istiqamətdə çalışırıq», - deyə müxalifət lideri qeyd edib.


Şərhlər