Menu

Belarus XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

27.01.2023, 18:43
Belarus XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

Belarus Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qəti şəkildə pisləyir.

APA xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin geniş şərhində deyilir.

“Biz yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş vermiş, diplomatik nümayəndəliyin bir əməkdaşının həlak olması və iki əməkdaşın yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik”, - Nazirlikdən bildirilib.

Belarus XİN azərbaycanlı həmkarlarına dərin hüznlə başsağlığı və dəstəyini ifadə edib, yaralananların tez bir zamanda sağalmasını arzulayıb.

“Diplomatik nümayəndəliklərin və konsulluq idarələrinin əməkdaşlarına qarşı yönəlmiş bu cür əməllərə haqq qazandırmaq olmaz. Biz buna əminik", - XİN-dən vurğulayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol