Menu

"Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik' - Qətər XİN

28.01.2023, 11:20
"Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik' - Qətər XİN

"Qətər Dövləti Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı səfirliyini hədəf alan, səfirliyin təhlükəsizlik müdirinin ölümü və digər şəxslərin xəsarət alması ilə nəticələnən hücumu qətiyyətlə və kəskin şəkildə pislədiyini bildirir".

"AzPolitika.info" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi ğzünün "instagram" səhifəsində bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, motiv və səbəblərdən asılı olmayaraq Qətər zorakılıq, terror və cinayət əməllərini rədd edən qəti mövqeyini bir daha təkrarlayır.

Qətər Dövləti həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.

"AzPolitika.info"



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol