Menu

Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq

28.01.2023, 11:49
Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq

Rəqabət Məcəlləsinin layihəsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

“Report”un xəbərinə görə, məsələ parlamentin 2023-cü il üzrə yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib.

Layihə əvvəlcə sessiya ərzində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol