“Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qarabağda yerləşdirilən qondarma Rusiya sülhməramlıları konstruktiv rol oynamır, İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır.
“Bu qorxular son bir ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı daha da güclənib”, - o qeyd edib.
Xanım Donfried vurğulayıb ki, Rusiya və İranın sözgedən regional fəaliyyəti Ermənistanı və Azərbaycanı sülh prosesinə daha da böyük əhəmiyyət verməyə çağırır.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər