RUS MEDİASI “İA-İA-İA NƏĞMƏSİ” OXUYUR

Mirzə AĞ

Bir müddət bundan əvvəl yazmışdıq ki, rus mediası Ermənistan hökumətinə «kozyolluq» edir və bu səbəbdən dolayı onun quyruğu dik olur. Təxminən, ötən 1 ay ərzindəki müşahidələrimiz göstərir ki, bu, artıq mütəmadi xarakter alıb və şübhəsiz, Kremlin iyrənc xarici siyasətinin tərkib hissəsidir…

Yanvarın 25-də /eadaily.com/ xəbər saytının yaydığı «Arsax MTŞ: Azərbaycanın xüsusi xidmətləri Stepanakertdən təxliyəni dezinformasiya edir» başlıqlı kiçik və feyk xarakterli bir «xəbər» diqqətimizi çəkdi, əmin olduq ki, «it sümük gəmirməkdən əl çəkə bilmədiyi kimi» rus mediası da zibilxanada «qida» axtarmaqdan əl çəkəsi deyil. Bu kiçicik xəbərdə sayt rəhbərliyinin məqsədli şəkildə yol verdiyi, əslində isə təxribat nümunəsi sayıla biləcək «səhvlərin» sayı gerçəkdən, bizi heyran etdi. Bir daha əmin olduq ki, «qozbeli qəbir düzəldər». Əyanilik üçün diqqəti həmin «qələtlərə» yönəltmək istəyirik...

Diqqət edin, bir balaca başlıqda «arsax» göstərilir - dünya xəritəsində belə ünvan yoxdur. Bəs yekəbaş urus belə yazmaqla nəyə nail olmaq istəyib? Bu məsələdə aydın olmayan heç nə yoxdur və şübhəsiz, qələtin mətni İrəvanda tərtib olunub, sifarişi isə Kremldən verilib. Azərbaycanın rəhmətlik yazıçısı M.S.Ordubadinin «Supalar çölü» adında bir hekayəsi var. Ədib hekayədə çox yekə qulağı olan ulaqlardan xəbər verib yazır ki, söhbətin getdiyi ərazidə elə supalar var ki, iri qulaqlarının kölgəsində yay vaxtı 30-40 qeyri heyvanat kölgələnər. İndi rus saytındakı xəbər qələtinə diqqət yetirdikcə, gözlərim önündə çox iri qulaqlı ulağın, amma meymun görkəmində silueti canlanır və şübhə etmirəm ki, bu yarımulaq-iriqulaq elə sözügedən rus saytının baş redaktorudur! Bu yarımulaq-iriqulaq mətndə o, «stepanakert» kəliməsi işlədib. Kimdir stepan? Gizli daşnaq, leqal bolşevik, özü də gözünə döndüyüm ingilislər tərəfindən güllələndiyi bildirilir- rəsmi xəbərdə. Qeyri-rəsmi xəbərdə isə bildirilir ki, bu murdar öz bolşevik yoldaşlarını satıb, Bakı kommunasının pullarını da götürüb, Hindistana qaçıb. SSRİ dövləti çoxdan süqut edib və bu səbəblə də bolşevik təbliğatına son verilib, stepan kimi murdarların abidələri sökülüb, xatirəsi əhali tərəfindən nifrətlə yad edilir. Bu bədbəxt redaktor isə hələ də stepan deyib, göz yaşı axıdır. Öz işidir, məsuliyyəti başının üstündə, amma iş burasındadır ki, Azərbaycanda «stepanakert» adında yaşayış məntəqəsi və ya başqa toponim yoxdur, axı. Adama deyərlər, ay iriqulaq-yarımulaq, yazmazdan əvvəl bir bölgənin (və ya dünyanın) siyasi xəritəsinə baxmazlarmı?

Sonra quyruğu dik «kozyol» yazır ki, guya Azərbaycanın xüsusi xidmətləri tarixi adı Xankəndi olan şəhərdən sakinlərin təxliyəsi barədə dezinformasiya yayır. Məşhur Həmədan eşşəyi günün müəyyən saatlarındə dövri və çox dəqiqliklə anqırdığı kimi, bu yekəqulaq-yarımulaq urus redaktor da hər gün öz saytında mütəmadi olaraq, bir neçə dəfə necə «ia-ia-ia» anqırırsa, Həmədan eşşəkləri ona həsəd aparmağa başlayıblar. İş o yerə çatıb ki, dünyaca məşhur bətəkar Şubert bu uzunqulağın anqırtısına valeh olub və öz təəsüratını bölüşmək üçün rusiyalı həmkarı Qlinqkaya bir məktul göndərib, onu da məsələdən hali edir. Üstəlik də, əyanilik xatirinə cənab Şubert rus redaktorun «İA» virtual ifasının lent yazısını da Həmədandan Qlinkaya göndərib. Qlinka da Kremldəkiləri bu anqırtı ilə tanış edib - hamı valeh olub. Kreml başçısının əmri ilə anqırtının səs yazısını Fransaya - Yelisey sarayına göndəriblər. Anqırtı saraydakıları necə ovsunlayıbsa, bütün saray əhli hələ də «İA» deyib, anqırır…

İriqulaq-yarımulaq urus redaktor ona işarə edir ki, guya Azərbaycanın xüsusi xidmətləri Qarabağda hələ də qalmış ermənilər arasında panika yaratmağa çalışır ki, onlar Qarabağdan köçüb getsinlər. Bu da buynuzlu yalandır. Belə ki, Azrbaycanın Prezidenti dəfələrlə bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdılar və onların hüquqları da digər vətəndaşlar kimi, dövlət tərəfindən qorunur. O biri tərəfdən isə heç kimə sirr deyil ki, Qarabağ əhalisi arasında təxribatla məhz Nikol hökuməti və Qarabağdakı heç kimin salam vermədiyi rus agenturası, bir də iriqulaq-yarımulaq urus redaktor məşğul olur. Onlar olmayan yerdən, Laçın dəhlizi və guya bunun blokadasının yaratdığı panikanı tirajlayıb, dünyaya yayırlar ki, bəs Azərbaycan dəhlizi bağlayıb, bu da humanitar fəlakət yaradır və s.

Məsələ isə başqa cürdür və gerçəkdə ermənilərlə uruslar birləşib, Qarabağda Azərbaycanın təbii sərvətlərini oğurlayırlar, Azərbaycan əhalisi isə buna etiraz edir. Bunun nəticəsi olaraq, Laçın dəhlizindən separatçılara silah-sursat keçirmək, mina basdırmaq və s. təxribatlar çətinləşir. Erməni-rus tandemi məhz bunadan narazı qalıb. Qarabağ Azərbaycanın tərkib hissəsidir və orada dövlətin qanunları işləməlidir - bu, Azərbaycanın haqqıdır. Bunun əleyhinə olanlar mahiyyət etibarilə Azərbaycan dövlətinin daxili işlərinə qarışmış olurlar…

Saytın iriqulaq-yarımulaq redaktoru bütün bunları görməzliyə vurur, yalan-palan xırıd etməklə, oğru erməniyə xidmət göstərir və özünü elə göstərir ki, elə belə də olmalıymış - jurnalistika (media) belə də olmalıdır. Əsla, belə deyil. Amma quyruğu dik, başı yekə urus redaktor istəyirsə, biz də onun ölkəsi barədə «itin sözünü bəstələyə bilərik». Elədirsə, qoy, torbasının ağzını açsın, biz də onu çirkabla elə dolduraq ki, yükün ağırlığından beli ikiyaşar sıpanın beli kimi əyilsin…

Məsələn, biz də Moskvanın adını «Moskal-Taskal», Sankt-Peterburqun adını «Petruxaşen», Yekaterinburq şəhərinin adını isə «Prastiqrad» yazarıq. Üstəlik də yazarıq ki, Moskal-Taskal şəhərinin yaxınlığında yeni bir respublika meydana çıxıb - «Staro-bordel». Amma onu hələ dünyada heç kim tanımayıb, özündənbəydir, Zartan adında bir yekəbaş «dövlət naziri» də var - keçmiş oğrudur.

Hə, iriqulaq-yarımulaq redaktor, özünü necə hiss edirsən?!

635x100

Şərhlər

Elmira 2023-01-31 11:33:14

Rusların binövrədən peşəsidir: YALAN danışmaq. Hər sahədə. Ələxsüsus -tarixdə.

Son yazılar