Menu

"İrandakı səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb..." - Azərbaycan Prezidenti

28.01.2023, 22:38
"İrandakı səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb..." - Azərbaycan Prezidenti

Səfirliyin digər mühafizə əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İsrail dövlət başçısı ilə telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidenti avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini diqqətə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol