Menu

Rusiyada təhsil hərbiləşdirilir - Britaniya kəşfiyyatı

29.01.2023, 12:12
Rusiyada təhsil hərbiləşdirilir - Britaniya kəşfiyyatı

Britaniya kəşfiyyatı Rusiya Federasiyasında təhsilin hərbiləşdirilməsi barədə məlumat yayıb.

APA xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən Twitter-də məlumat yayıb.

Bildirilir ki, xüsusilə, Rusiya Federasiyası orta məktəb proqramına ilkin hərbi hazırlığı daxil edib.

"Son həftələrdə Rusiya Təhsil Nazirliyi orta məktəb kurrikuluma ilkin hərbi hazırlığı daxil etmək üçün əvvəlcədən elan edilmiş planın həyata keçirilməsi barədə daha ətraflı danışdı", - məlumatda qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol