Menu

Ermənilər öz pilotlarının cəsədlərini götürə bilmir

15.11.2014, 21:48
Ermənilər öz pilotlarının cəsədlərini götürə bilmir

Noyabrın 15-də Ermənistan müdafiə nazirinin 1-ci müavini David Tonoyanla ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik arasında görüş olub.

Musavat.com-un erməni mənbəyinə istinadən verdiyi məlumata görə, nazir müavini Azərbaycan HHQ-i tərəfindən vurulan “Mi 24” hərbi vertolyotun pilotlarının taleyinə aydınlıq gətirilməsi üçün hərbi maşının düşdüyü yerdə monitorinq aparılmasının vacibliyini vurğulayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyanın sözlərinə görə, az öncə pilotlarla bağlı Beynəlxalq Qırmızı Xaça kömək üçün müraciət edilsə də, bu günədək qurumdan heç bir cavab alınmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol