"40 MİLYON AZƏRBAYCANLI FARS REJİMİNİN ƏLİNDƏ ƏSİRDİR" - Allahşükür Paşazadə

“İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Report”un sualını cavablandırarkən deyib.

“Biz də hamı kimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayırıq. Bu gün ölkəmizdə yaşayan bütün dinlərin nümayəndəsi birlikdə gəlib başsağlığı veriblər. Bu onu göstərir ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var”.

A.Paşazadə vurğulayıb ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır: “Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir”.

635x100

Şərhlər

Camaat. 2023-02-01 23:59:02

Guya baş molla bu ifadəni işlətməklə yeni bir şey kəşf edib?

Vahid 2023-01-31 01:46:39

Xetaiden günümüze qeder İrandan gelen menfi ideyalarla milletimizde pis exlaq formalaşdı.Şeyx heyatı boyu İranı bize tebliğ edib.İndi qorxusundan bele danışır.

Rasim Quliyev 2023-01-30 21:41:00

Siz deyildiz .Deyen ki, Boyuk Veten muhahariebesinde Iran komek eledi.Ne oldu Seyx bes deyirdin.Iran dostdur

Roma 2023-01-30 21:33:50

Məncə Şeyx igidlik edib...

t.ədalət 2023-01-30 21:03:14

İnşallah,Sayın Ərdoğanın köməyi ilə İrandakı qardaşlarımız da öz azadlığına qovuşar.

pensiyaçı 2023-01-30 18:16:50

Sağ ol şeyx bərakallah...axır ki, səndə təsdiqlədin ki, erməni ilə fars əkiz qardaşlarmış.

Son yazılar