"Azərbaycan səfirliyinə hücumun arxasında İran hakimiyyəti dayanır" - Dini Komitənin sədri

“Azərbaycanın İrandakı səfirliyinə edilən hücum terror aktı və cinayətdir. Bunun arxasında İran hakimiyyəti dayanır və məsuliyyət daşıyır”.

“Report” xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

“Əminəm ki, Azərbaycanın tələbləri və İran hakimiyyətinin törətdiyi bu cinayətlərlə bağlı faktların ortada olması həmin cinayəti sifariş verənlərin və cinayətkarın, terror aktını törədənlərin cəzalandırılmasına gətirib çıxarmalıdır. Baş verən terror aktını dini cameə də qətiyyətlə pisləyir”, - o bildirib.

635x100

Şərhlər

t.ədalət 2023-01-30 21:00:42

Amma Rusiyanın da barmağı var..

Son yazılar