"PKK, PYD Finlandiya və İsveçdə çox aktivdir" - Türkiyə XİN başçısı

Terrora dəstək olan PKK, PYD Finlandiya və İsveçdə çox aktivdir. Orada pul toplamaqla məşğuldurlar.

APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Budapeştdə Macarıstan ticarət və xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

“Üçlü sənəd imzalamışıq. Bu iki ölkə bu cür fəaliyyətləri ölkəsində dayandırmalı idi. Finlandiya ilə o qədər də böyük problemimiz yoxdur. Onlar bəzi addımları atıb və atacaqlarını deyirlər. Amma İsveç qanun dəyişikliyinə getsə də, ortada addım yoxdur. Yeni hökumətdə bir az daha siyasi iradə görürük”, - nazir əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar