Məhbus jurnalist Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Penitensiar Xidmətin müəssisəsinə – Bakı İstintaq Təcridxanasına köçürülür. Yanvarın 31-də “Turan”a danışan yoldaşı Məlahət Zeynallı deyib ki, fevralın 1-də ona görüş verilməlidir.
Tutulandan bəri jurnalistin ailə üzvləri ilə görüşlərinə və telefonla danışmasına yasaq hökm sürür.
Yanvarın 31-də Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədovun qəbul etdiyi Məlahət Zeynallıya axtarış zamanı evlərindən götürülən kompüterinin, diktofonunun və mobil telefonunun qaytarılacağı vəd olunub, ancaq qızlarının təhsil haqqı üçün nəzərdə tutulan pulun qaytarılması hələ həllini tapmayıb.
Əvəz Zeynallının səhhətində ciddi problemlər olduğunu vurğulayan Məlahət Zeynallı deyib ki, yoldaşının gözündə tibbi əməliyyata ehtiyac var. (Novator.az)


Şərhlər