Menu

“Azərbaycan Avropaya enerji ilə yanaşı öz mədəniyyətini də ixrac edir” – Komitə sədri

31.01.2023, 18:27
“Azərbaycan Avropaya enerji ilə yanaşı öz mədəniyyətini də ixrac edir” – Komitə sədri

“Azərbaycan Avropanın etibarlı partnyorudur, enerji tərəfdaşıdır. İkitərəfli münasibətlər inkişaf edir, yeni-yeni sahələri əhatə edir. Xəzərin yaşıl enerji potensialının Qara danizin dibi vasitəsi ilə Avropa ölkələrinə çatdırılması layihəsi də keyfiyyətcə yeni mərhələnin başlanığıcıdır. Biz bununla bərabər həm də Avropaya öz mədəniyyətimizi də ötürürük”.

Bunu “AzPolitika.info”ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Millət vəkili bu kontekstdə Prezident İlham Əliyevin Şərqi Avropa ölkələrinə səfərlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, dövlət başçısının Macarıstana səfəri zamanı ölkənin Baş naziri Viktor Orbanın çıxışından sitat gətirib: “Orban Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi naharda bildirib ki, mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm. Dedi, biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”.

S.Qurbanov vurğulayıb ki, Azərbaycanın yürütdüyü siyasət Avropa üçün də mühüm faydalar verir: “Əvvəla, Azərbaycanın enerji resursları hazırkı mürəkkəb beynəlxalq şəraitdə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında ciddi əhəmiyyətə malikdir. Azərbaycanla bərabər həm tranzit ölkələrin, həm də alıcıların maraqları təmin olunur. Ən mühümü odur ki, biz Qərb ölkələrinə mədəniyyətimizi də ixrac edirik”.

Millət vəkili düşünür ki, region ölkələri də Azərbaycanın uğurlu siyasətindən nəticə çıxarmalı, primitiv yanaşmalardan əl çəkməlidir. “Necə olur ki, min kilometrlərlə uzaqda olan inkişaf etmiş ölkələr Azərbaycanla əməkdaşlıqdan faydalanır, amma onlar transmilli layihələrdən kənarda qalırlar?”, - komitə sədri vurğulayıb

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol