Menu

Saakaşvilinin məhkəməsi keçirilir - FOTOLAR

01.02.2023, 13:36
Saakaşvilinin məhkəməsi keçirilir - FOTOLAR

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin məhkəməsi keçirilir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, sabiq Prezidentin cəzasının təxirə salınması ilə əlaqədar keçirilən bugünkü dinləmədə müdafiə tərəfinin şahidləri dindiriləcək. Mixeil Saakaşvili özü isə iclasda müalicə aldığı klinikadan onlayn qoşularaq iştirak edir.

Qeyd edək ki, Mixeil Saakaşvilinin vəkilləri onun cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər. İşə hakim Giorgi Arevadze baxır.

Şərhlər

Cammat 2023-02-02 22:42:40

Heyif SƏNƏ ay Saakaşvili .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol