Menu

İran Pakistanın bu bölgəsini işıqsız qoyub

01.02.2023, 13:43
İran Pakistanın bu bölgəsini işıqsız qoyub

İran bazar günündən etibarən Pakistanın Bəlucistan əyalətinin Makran bölgəsinin üç rayonu olan Turbat, Pəncqur və Qvadarın elektrik enerjisini kəsib.

“Dawn” xəbər verir ki, İran Makran bölgəsini 100 MVt elektrik enerjisi ilə təmin edir. Kvetta Elektrik Təchizatı Şirkətinin (Qesco) sözçüsü Məhəmməd Əfzal Bəluç bildirib ki, ötən gün İranın enerji rəsmiləri ilə əlaqə saxladıqdan sonra onlar Makran üçün cəmi 20 MVt elektrik enerjisini bərpa ediblər. Qvadar və digər rayonlara elektrik enerjisinin verilməsi dayandırılıb.

Onun sözlərinə görə, Makran son 24 saat ərzində 100 MVt elektrik enerjisindən yalnız 20 MVt-ni əldə edib. İran rəsmiləri Makrana 80 MVt elektrik enerjisinin azaldılmasının səbəbi barədə Pakistan rəsmilərinə məlumat verməyib.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol