Menu

Dövlət qulluqçularına ödənişli fəaliyyətlə məşğul olmaq qadağan edilir

01.02.2023, 16:00
Dövlət qulluqçularına ödənişli fəaliyyətlə məşğul olmaq qadağan edilir

Dövlət qulluqçularına pedaqoji fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmağa icazə verilməyəcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, dövlət qulluqçusunun elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq hüququ var.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Şərhlər

qaraguruh 2023-02-01 23:43:39

dövlet qulluğuna qebul edilenler Meleyke xanımla razılaşdırılmış yüksək vezife daşıyan edaletsiz ezazillerin yaxın bildiyi adamlardılar-onlar qebul olunubsa demeli əlavə işlerede razılıq verilecek--zaten sözde qu qayda guya var idi--dövlet aparatı dayoğlu-xaloğlu qudalar və.s təmizlenmeli haksız imtahan kefine müsahibelere son verilmelidir--DİM təmizlenmelidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol