Qüdrət Həsənquliyev: “Parlamentin faktiki olaraq dövlət aparatının şişməsinin qarşısını alma imkanı yoxdur”
“Mən, komitə iclasında da söyləmişdim ki, dövlət aparatı həddindən artıq şişib. Misal da çəkmişdim ki, Özbəkistanda bu yaxınlarda prezident dövləq qulluqçularının sayının 35 faiz azaldılması ilə bağlı müvafiq sərəncam imzaladı. Konstitusiyada qeyd olunur ki, dövlət və hakimiyyət orqanları bir-biri ilə əlaqədə fəaliyyət göstərir, bir-birinin fəaliyyətinə nəzarət funksiyalarını həyata keçirir. Parlamentin faktiki imkanı yoxdur ki, dövlət aparatının şişməsinin hansısa formada qarşısını alsın”.
Bunu parlamentin yaz sessiyasının plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili “biz mütləq dövlət qulluğu haqqında qanuna bir müddəa daxil etməliyik”, - deyə bildirib: “Dövlət orqanlarının adları və ştat vahidləri “Nazirlər Kabineti haqqında” qanunla müəyyən olunur. Yeri gəlmişkən qeyd edim ki, bütün inkişaf etmiş ölkələrdə Nazirlər Kabinetinin fəaliyyətini tənizmləyən ya qanunla təsdiq olunan əsasnamə olur, yaxud qanun olur. Bizdə nə əsasnamə var, nə də qanun. Ona görə də ya gərək belə bir qanun qəbul edək, yaxud da cənab Prezident tərəfindən təqdim olunarsa, belə bir əsasnaməni qəbul edək. Əsasnamədə də göstərilməlidir ki, ölkədə neçə nazirlik olsun, hər nazirlikdə nə qədər ştat vahidi olsun. Yoxsa görürük ki, aparat həddindən artıq şişir. İkincisi, burada dövlət məvacibi ifadəsi bir termin kimi işlənir.
Bəzi qanunlarda maaş, bəzi qanunlarda əməkhaqqı sözlərini işlədirik. Vaxtilə də bu məsələ parlamentdə qaldırılmışdı ki, “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya qanununa görə, qanunvericilikdə eyni terminlərdən istifadə etməliyik. Məvacib sözünü işlədiriksə, o zaman bütün qanunlarda bu söz işlədilməlidir. Yaxud maaş, əməkhaqqı sözlərindən biri seçilərək eyni terminlərdən istifadə olunmalıdır. Burada hər təqvim ilinin sonunda fəaliyyətin yoxlanılması qeyd olunur. Sonra daxili müsahibə, müsabiqə, sertifikasiyadan keçmə. Dövlət qulluqçuları yoxlanılsa onların içərisində stresdən şəkər xəstəsi olmayan yoxdur. Bu qədər imtahanlar, testlər, müsabiqələr, müsahibələr nəyə lazımdır? Bunu bir az sadələşdirmək lazımdır. Qanunvericilik təşəbbüsünün subyekti ilə də danşaq ki, insanları bu qədər basqı altında saxlamağın heç bir əhəmiyyəti yoxdur”.


Şərhlər
Dövlətimizin inkişafı naminə Ədliyyə Nazirliyində və Vəkillər Kollegiyasında köklü kadr islahatlkarı aparılmalıdır !
Mənim şərhimi xahiş edirəm düzgün çap edin : - 60 bal toplayan namizədlər Vəkil və Hakim təyin olunub, ancaq 90 baldan çox bal toplayan namizəd Vəkil və yaxud Hakim ola bilməyib ? Bunlar araşdırılmalıdır və xalqın savadlı övladlarına qarşı edilən haqsızlıqlara görə səlahiyyədli şəxslər məsuliyyətə gəlb olunmalıdırlar !
Bu imtahanlar qurama bir şeydir.Məqsəd özlərinin istəmədikləri insanların işəgötürülməsinin qarşısını almaqdır.
İM-ə-- razıyam bütün adamsız, lakin təcrübəli kadrlar DİM-in sədri tərəfindən dövlet qulluğuna buraxılmır--əlimdə çox ciddi faktlar var nazirlik və baş idarələrin rəhbərlərinin isteyi birinci növbədə Meleykə xanımla razılaşdırılaraq qulluğa keçirilir.--bu ədaletsiz ezazil hadamlar hakimiyyetden uzaqlaşdırılmalı--kefine qərarlarla atestasiya və müsahielere son qoyulmalı və xüsusi ile Dim-təmezlenmelidir--onların ekspertleri müsahiblerden bütün saheler üzre bilgiler teleb edirler--o hald ki, ğzleri yalnız bir sahə üzre bilirler-o da ki yarımçıq
DİM-in sədri Meleykə xanım nazirlik və idarələrlə əlbir işləyir--kim imtahandan və ondan sonra xüsusi ilə müsahibələrdən keçməlidirse mütləq razılaşdırır--o qədər vicdansızdırlar ki öz adamlarından başqa kimseye güzeşt yoxdur--özlerini prezdent aparatı müsahibe etse emin olun 2-nin altında qalarlar. NAZİRLİK VƏ İDARELER KEYFİNE QERARLAR VERİV ATESTASİYA VƏ YA MÜSAHİBE ADIYLA İNSANLARA PİSLİK EDİRLER
Hakimliyin və Vəkillərin Test imtahanından yüksək bal toplayan savadlı kadrlar müsahibədə məhv edilir ! :0 bal toplayan Hakim və yaxud Vəkil olur, ancaq yüksək bal toplayan savadlı kadrlar Hakim və yaxud Vəkil ola bilmir ?
Qeyd olunmuş sistemdə köklü kadr islahatları aparılmalıdır !
AZƏRBAYCANDA NƏ ÜÇÜN MÜƏLLİM 65 YAŞDA İŞDƏN AZAD EDİLİR, ANCAQ İŞDƏN QOVULAN MƏMURLAR NAZİRLƏR KABİNETİNDƏ PA- DA MM- DƏ İŞLƏRİNİ DAVAM ETDİRİRLƏR?