“İran uzun illər bu sahədə kifayət qədər ciddi fəaliyyət göstərib”.
“AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov "Turan"a açıqlamasında bildirib.
Onun fikrincə, Azərbaycanda İran və onun dini lideri Xamneyinin siyasətini bəyənən, müdafiə edən adamlar var: "Şəbəkə olub-olmamasını deyə bilmərəm, ancaq belə adamlar var. Hətta müəyyən media təşkilatlarında, sosial şəbəkələrdə da belə adamlar var ki, vaxtaşırı İranın xeyrinə və bizim əleyhimizə fikirlər bildirirlər".
Deputat hesab edir ki, həmin şəxslər 90-cı illərdə İran Azərbaycanın bir çox gənclərini öz dini mərkəzlərinə təhsil almaq adı ilə dəvət edəndə gücləniblər: "Sonradan məlum oldu ki, bunların bəziləri dini təhsillə paralel başqa hazırlıqlar da keçiblər. Bu, sonra özünü büruzə verdi".
“AzPolitika.info”


Şərhlər